NATO-nun hərbi təhsil ekspertləri Bakıda seminar keçir | 1news.az | Xəbərlər
Cəmiyyət

NATO-nun hərbi təhsil ekspertləri Bakıda seminar keçir

15:48 - 17 / 10 / 2023
NATO-nun hərbi təhsil ekspertləri Bakıda seminar keçir

Azərbaycan Müdafiə Nazirliyinin NATO-nun Beynəlxalq Dil Koordinasiya Bürosu ilə əməkdaşlıq çərçivəsində Bakı şəhərində beynəlxalq seminar başlayıb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, seminarda çıxış edərək iştirakçıları salamlayan Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev hərbi təhsil sahəsində görülən işlərin vacibliyini, o cümlədən, keçirilən görüş, seminar və kurslarda xarici və yerli mütəxəssislər arasında qarşılıqlı təcrübə mübadiləsinin önəmini xüsusi qeyd edib.

27 ölkədən 50-dən çox nümayəndənin iştirakı ilə keçirilən seminarın məqsədi NATO və tərəfdaş ölkələrin dil mərkəzi mütəxəssislərinin qiymətləndirmə meyarlarının qarşılıqlı standartlaşdırılması (STANAG 6001) və hərbi təhsil sahəsində ingilis dilinin tədrisində innovasiyaların tətbiq edilməsi ilə bağlı fikir mübadiləsinin aparılmasıdır.

Seminar oktyabrın 19-na qədər davam edəcək.

Paylaş:
329

Son xəbərlər

Bütün xəbərlər