“Azərxalça” Füzuli Şəhəri Günündə iştirak edib - FOTO
Füzuli Şəhəri Günü münasibətilə Füzuli şəhərində baş tutan möhtəşəm tədbirdə “Azərxalça” ASC də geniş proqramla çıxış edib.
ASC-dən verilən məlumata görə, proqram çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş 100x100 ölçüsündəki, yalnız 100 nüsxədə toxunan “Heydər Əliyev-100” xalça kolleksiyasından nadir xalça, 44 günlük Vətən müharibəsinə həsr olunmuş “44” xalça kolleksiyası təqdim edilib. Bununla yanaşı, əsasən Füzuli rayonunda toxunan “Horadiz” və ya “Buynuz” xalçalarının virtual şəkildə toxunma və emal olunma prosesi tədbir iştirakçılarına nümayiş etdirilib.
483