Azərbaycan nümayəndə heyəti BMÜTT-ün Baş Assambleyasının 25-ci sessiyasında təmsil olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan nümayəndə heyəti BMÜTT-ün Baş Assambleyasının 25-ci sessiyasında təmsil olunur

Qafar Ağayev14:17 - 19 / 10 / 2023
Azərbaycan nümayəndə heyəti BMÜTT-ün Baş Assambleyasının 25-ci sessiyasında təmsil olunur

Azərbaycan nümayəndə heyəti BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyasının Özbəkistanın Səmərqənd şəhərində keçirilən 25-ci sessiyasında iştirak edir.

1news.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleya çərçivəsində keçirilən “Qlobal İnvestisiya Forumu” və “Qlobal Təhsil Forumu”nda təmsil olunub.

Forumlarda dünya turizm sənayesinin aparıcı şirkət və təşkilatlarının nümayəndələrinin iştirakı ilə turizmdə mövcud trendlər, eləcə də ölkələr üçün investisiya imkanları, həmçinin turizm təhsili sahəsində mövcud olan innovativ məsələlər üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

BMÜTT-nin Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilmiş 68-ci iclasında Azərbaycanın təşkilatın İcraiyyə Şurasına üzv seçilməsi nəzərə alınaraq, 25-ci Baş Assambleya çərçivəsində ölkəmizə üzvlük səlahiyyətləri verilməsi barədə qərar qüvvəyə minəcək.

Səfər çərçivəsində Fuad Nağıyevlə Braziliyanın turizm naziri Celso Sabino de Oliveira arasında görüş keçirilib. Görüşdə Azərbaycan və Braziliya arasında turizm üzrə əməkdaşlıq üçün media və turizm şirkətlərinin nümayəndələrinin iştirakı ilə qarşılıqlı tanıtım və təbliğat tədbirləri, eləcə də tanışlıq səfərlərinin təşkili məsələləri müzakirə edilib.

Azərbaycan nümayəndə heyəti oktyabr ayının 17-də keçirilən İcraiyyə Şurasının 119-cu sessiyasında müşahidəçi qismində iştirak edib. Nümayəndə heyətinin, həmçinin cari ilin 20 oktyabrında Səmərqənddə keçiriləcək BMÜTT-nin İcraiyyə Şurasının 120-ci sessiyasında da iştirakı nəzərdə tutulur.

Paylaş:
207

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər