Ağdam Sənaye Parkının 190 hektar sahəsi rezidentlərin ixtiyarına verilib - Bəşir Hacıyev | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdam Sənaye Parkının 190 hektar sahəsi rezidentlərin ixtiyarına verilib - Bəşir Hacıyev

16:10 - 19 / 10 / 2023
Ağdam Sənaye Parkının 190 hektar sahəsi rezidentlərin ixtiyarına verilib - Bəşir Hacıyev

Ağdam Sənaye Parkının 190 hektar sahəsi rezidentlərin ixtiyarına verilib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil edilmiş işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Xəzər İnşaat Həftəsi" çərçivəsində panel müzakirələrdə deyib.

"Ağdam Sənaye Parkında əsas üstünlük təmir-tikinti materiallarının istehsalına verilir. Burada fəaliyyət göstərəcək rezidentlər müxtəlif imtiyazlardan istifadə edə, həmçinin tikinti şirkətləri üçün əlverişli mühit yarada biləcəklər", - B.Hacıyev deyib.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər