Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

Qafar Ağayev17:41 - 19 / 10 / 2023
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə 21 və 22 oktyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edir.

1news.az xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:00-da isə qatar Ağstafadan Bakı istiqamətinə yola düşəcək.

“Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 17:30-da yola düşür”, - məlumatda qeyd olunur.

Paylaş:
261

Son xəbərlər

Bütün xəbərlər