Sumqayıt polisi narkotik aludəçisinin intiharının qarşısını alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt polisi narkotik aludəçisinin intiharının qarşısını alıb

10:17 - 21 / 10 / 2023
Sumqayıt polisi narkotik aludəçisinin intiharının qarşısını alıb

Sumqayıt şəhərində intihara cəhdin qarşısı alınıb.

1news.az “Report”a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, narkotik aludəçisi, 1986-cı il təvəllüdlü Tarverdiyev Elçin Zakir oğlu naməlum səbəbdən yaşadığı ünvanda intihar etmək məqsədilə özünü qapının çərçivəsindən asmağa cəhd edib.

Hadisə yerinə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları cəlb olunub və intiharın qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
158

Son xəbərlər

Bütün xəbərlər