“YAŞAT” Fondu tərəfindən daha bir şəhidimizin yeni doğulan övladının xərcləri qarşılanıb
19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanımız Həmidli Mikayıl Vüqar oğlunun Bakı şəhərində doğulan övladı Davudun zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
Fonddan 1news.az-a verilən məlumata görə, bu məqsədlə 1 000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
"Onlar bizə əmanət" layihəsi indiyədək 111 şəhid övladını əhatə edib.
314