“Veysəloğlu” “Jardin” markasını Azərbaycana gətirdi - FOTO
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Veysəloğlu Distribusiya” şirkəti Azərbaycan bazarına yeni təbii qəhvə markası təqdim edib.
Efiopiya, Braziliya və Kolumbiyadan seçilmiş mono və müxtəlif qitələrdə yetişdirilən “Arabica” sortlarının mükəmməl qarışığı olan “Jardin” məhsulları bu aydan etibarən marketlərdə satışdadır.
“Jardin” Rusiyanın isti içkilər üzrə bazar liderlərindən olan “Orimi” Şirkətlər Qrupuna məxsusdur. “Orimi” qəhvə zavodu 2019-cu ildə istifadəyə verilib və FSSC 22000 beynəlxalq keyfiyyət standartına malikdir. Müəssisə dünyanın aparıcı şirkətlərinin ən son avadanlıqları və qabaqcıl texnologiyaları ilə təchiz edilib və 50-dən çox qəhvə çeşidi istehsal edir. “Jardin” markasının “Jardin Gold”, “Jardin Americano”, “Jardin Latte”, “Jardin Mocaccino” və digər qəhvə çeşidləri mövcuddur.
29 ildir ki, fəaliyyət göstərən “Veysəloğlu Distribusiya” Veysəloğlu Şirkətlər Qrupunun təməl şirkətidir. Dünyanın bir çox tanınmış markalarının təmsilçiliyini almış şirkət hazırda 3500-dən çox çeşiddə məhsulun ölkəmizdə distribusiyasını həyata keçirir. Şirkətin Bakıda yerləşən baş ofisindən başqa, Mingəçevir və Salyanda regional ofisləri, 2000-dən artıq əməkdaşı var.
“Veysəloğlu Distribusiya” “Orimi” ilə əməkdaşlığa 2016-cı ildə başlayıb. Əməkdaşlıq çərçivəsində “Tess”, “Greenfield”, “ШАХ”, “Принцесса Нури” və “Жемчужина Нила” çaylarının distribusiyası həyata keçirilir.
Ölkədə və regionda etibar qazanmış müasir şirkətlər qrupundan biri olan Veysəloğlu Şirkətlər Qrupunun fəaliyyəti pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edir. Qrup müştəri ehtiyacına ən yaxşı şəkildə cavab verməyi hədəfləyib və ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün dəyər yaradır. Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsinin qaliblərindəndir.
Reklam hüququnda