Komitə sədri: “Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesində payı yüksək qiymətləndirilir”
“Forumun Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması bu foruma əlavə bir məna verir”
1news.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Beynəlxalq Geologiya- Mədənçilik Forumunda çıxışı zamanı deyib.
Azərbaycanda dağ-mədən sənayesinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”.
Bu gün Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub. 2020-ci ildə Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi yeni potensialalı üzə çıxardı”.
“Ölkə ərazisində çoxlu sayda qara, əlvan və nəcib metal filizləri, qeyri-filiz xammalı və tikinti materialları yataqları mövcuddur. Onların içərisində qızıl, mis, qurğuşun, sink filizləri və tikinti materialları yataqları xüsusi yer tutur. Hazırda bu yataqların böyük əksəriyyətində istismar işləri həyata keçirilir. Son zamanlar Daşkəsən (Çovdar) və Gədəbəy rayonları ərazisində qızıl və misin çıxarılması və emalı üzrə dağ-mədən müəssisələri fəaliyyət göstərir, Daşkəsən dəmir filizi kombinatı öz işini bərpa edib".
Komitə sədri bildirib ki, Azad edilmiş ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var.
"Həmin ərazilərdə dağ-mədən sənayesi üçün böyük potensial var. Burada zəngin faydalı qazıntı ehtiyatı hesabına dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesində payı yüksək qiymətləndirilir".