Ötən sutka ərzində 21 yanğına çıxış olub, 11 nəfər xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka ərzində 21 yanğına çıxış olub, 11 nəfər xilas edilib - VİDEO

09:58 - 27 / 10 / 2023
Ötən sutka ərzində 21 yanğına çıxış olub, 11 nəfər xilas edilib - VİDEO

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 11 nəfər xilas edilib. Həmçinin, 1 nəfərin meyiti bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
291

Son xəbərlər

Bütün xəbərlər