Rektor: “Universitet-sənaye əməkdaşlığı çox çətin məsələdir”
“Azərbaycanda belə bir önəmli tədbirdə iştirak etmək sevindicidir” .
1news.az xəbər verir ki, bunu Təhsilin İnkişafı Forumunda Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu deyib.
“Bölgədə önəmli faktor olan Azərbaycan təhsil sahəsində də, innovasiyada da inkişaf edir. Dünyanın iqtisadi gücü olan ölkələri iqtisadiyyatın şəkillənməsini təşkil edirlər” .
İ.Sabuncuoğlu deyib ki, bu forum Universitet və sənaye birgə əməkdaşlığı üçün önəmlidir.
“Universitet-sənaye əməkdaşlığı çox çətin məsələdir. İstədiyiniz qədər təlimat verin, bu olan deyil. Türkiyədə on illərdir universitet-sənaye əməkdaşlığını təmin etməyə çalışırıq. Bu, elə də asan proses deyil. Əməkdaşlıq birdən-birə baş vermir. Bunun üçün ekosistemi təşkil etmək lazımdır. Artıq universitet və sənaye əməkdaşlığı üçün bir ekosistem yaratmaq ancaq innovasiya ilə ola bilər” .
Rektor bildirib ki, innovativ inkişafın 3 əsas tərəfi var. Bu, ictimaiyyət, universitet və tədqiqat mərkəzləri və sənaye dünyasıdır. Bu üçü bir araya gəlib üzərinə düşən rolu yaxşı formada oynamalıdır. Biri irəli gedirsə, digəri geridə qalırsa, innovasiya sağlam formada inkişaf etmir. Bu gün dünyada 30 mindən çox universitet var. Lakin 98 faizi hazırkı formatlarından çıxmalı və islahatlar aparılmalıdır”.