Sahil Babayev: “Sırf yüksək texnologiyalar sahəsinə köklənmək də doğru olmaz”
“Dövlətlərin qarşısında duran əsas hədəf əhalinin məşğulluğudur”.
1news.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.
“ Elə bir sistem olmalıdır ki, cəmiyyətin tələbinə uyğun sürətli kadr hazırlama potensialına sahib olaq. Yüksək texnologiyalar sahəsində, təbii ki, hər zaman inkişaf var. Lakin sırf bu peşə yönünə köklənmək də doğru olmaz. Misal olaraq, kiçik texnik belə yüksək bacarığı ilə böyük innovasiya edə bilər",- deyə o bildirib.
Nazir bildirib ki, hər dövrün öz tələbi var.
“Bu gün dünya alternativ və günəş enerjisindən danışır. Əvvəlki dövrdə isə bu sahəyə bugünkü qədər kadr tələb olunmurdu. Müxtəlif istiqamətlərdə ssenarilərimiz olmalıdır. Qazanılan bilik və bacarıqların tətbiqinin imkanları mütləqdir”.