Deputat: “Azərbaycanda internetin sürəti və keyfiyyəti o qədər də yaxşı deyil”
“Azərbaycanda internetin sürəti və keyfiyyəti ilə bağlı o qədər də yaxşı deyil”.
1news.az xəbər verir ki, belə təkliflə bu gün Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.
“Xaricə səfər zaman orada internetdən istifadə edən bu fərqi daha aydın şəkildə görürük. Düzdür işlər görülür, müsbətə doğru irəliləyiş var, amma kifayət deyil”.
Deputat deyib ki, problemin həll edilməsi üçün xərclər çox hallarda vətəndaşın üzərinə qoyulur.
“Şirkətlər xəttlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir”.