Nazir məktəbəqədər təhsil müəssisələrində ərzaq xərclərinin azaldılmasından danışdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir məktəbəqədər təhsil müəssisələrində ərzaq xərclərinin azaldılmasından danışdı

Qafar Ağayev13:15 - 03 / 11 / 2023
Nazir məktəbəqədər təhsil müəssisələrində ərzaq xərclərinin azaldılmasından danışdı

“Məktəbəqədər təhsil müəssisələrində ərzaq xərclərində azalma var”.

1news.az xəbər verir ki, bunu Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

"Hazırda Elm və Təhsil Nazirliyi tək ərzaq xərcləri maddəsi üzrə bağçalarda qidalanma məsələlərini həll etmir, eyni zamanda, isti yemək verilməsi yolu ilə ketrinq şirkətlərini bu işlərə cəlb edirlər. Artıq bağçalara isti yeməklər çatdırılır", - nazir bildirib.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər