“Məktəblərdə maaşlar universitetlərdən çoxdur” - Deputat
“Universitet müəllimlərinin maaşlarının artırılmasını diqqətdə saxlamaq lazımdır”.
1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
“Biz universitetlərdə maaşların artırılmasını təklif edəndə, universitet rəhbərliyi bildirir ki, onlar tələbələrdən yığılan təhsil haqqı hesabına müəllimlərə maaşın verir. Ona görə də düşünürəm ki, Dövlət büdcəsindən təhsil müəssisələrinə ayrılan vəsait artırılmalıdır”.
Deputat deyib ki, sertifikasiya imtahanlarında uğur qazanan məktəb müəllimləri 1000 manata yaxındır.
“Universitetlərdə çalışan müəllimlərin əməkhaqqısı 600-700 manat, bəzilərində isə daha aşağıdır. Belə olanda balans pozulur. Elmi müəsisələrdə çalışanların da əməkhaqqısının artırılmasına da baxılmalıdır. Həmçinin universitetlərin maddi-texniki bazası da gücləndirilməlidir”.