Milli Məclisdə büdcə müzakirələri davam edir
Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi davam etdirilir.
1news.az xəbər verir ki, bu gün layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
Toplantıda deputatlar, hökumət nümayəndələri iştirak edirlər.
Xatırladaq ki, Milli Məclisdə büdcə müzakirələri noyabrın 2-də başlayıb.
Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib.