DİN: Ötən gün axtarışda olan 98 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Ötən gün axtarışda olan 98 nəfər saxlanılıb

11:47 - 03 / 11 / 2023
DİN: Ötən gün axtarışda olan 98 nəfər saxlanılıb

Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 98 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 30 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər