Deputatlar Xankəndidə Universitet açılması ilə bağlı təklif verdi
“Xankəndidə Hüquq Universitetinin açılmasına ehtiyac var”
1news.az xəbər verir ki, belə təkliflə bu gün Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”nin müzakirəsi zamanı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxış edib.
O, deyib ki, Xankəndidə Hüquq Universitetinin açılmasına ehtiyac var: "Orada bizim vətəndaşlarımız təhsil alsın, hüquqşünas olsun. Çünki bizdə vəkillərin sayı azdır".
Milli Məclisin digər deputatı Hikmət Babaoğlu da deputat həmkarının fikrinə dəstək verərək bildirib ki, Xankəndidə universitetdə yalnız hüquq ixtisasının deyil, eyni zamanda tarix və digər ixtisasların da tədris olunmasına ehtiyac var.