Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq

13:24 - 04 / 11 / 2023
Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq

Bayram günlərində Bakıdan Ağstafaya gecə qatarı ilə səfər etmək mümkün olacaq. “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını nəzərə alaraq 7-12 noyabr tarixlərinə əlavə reyslər təyin edib.

QSC-dan 1news.az-a verilən məlumata görə, 7-11 noyabrda Bakıdan 23:55-də yola düşən qatar Ağstafaya 06:23-də çatacaq.

Məlumata görə, 8-12 noyabrda Ağstafadan saat 09:00-da yola düşən qatar Bakıya 15:29-da çatacaq.

Biletləri ady.az-dan və kassalardan əldə edə bilərsiniz.

Paylaş:
611

Son xəbərlər

Bütün xəbərlər