Bakı hava limanında parklanma xidmətində yenilik: ziyarətçilər üçün rahatlıq və səmərəlilik | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı hava limanında parklanma xidmətində yenilik: ziyarətçilər üçün rahatlıq və səmərəlilik

Qafar Ağayev09:55 - 07 / 11 / 2023
Bakı hava limanında parklanma xidmətində yenilik: ziyarətçilər üçün rahatlıq və səmərəlilik

Bakının Heydər Əliyev Beynəlxalq Aeroportu ziyarətçilərinə nəqliyyat vasitələrinin sürətli giriş-çıxışını və parklanma üçün rahat ödəniş üsullarını təmin edən innovativ xidmət təqdim edib.

1news.az bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, artıq parkinq haqqını həm ödəniş terminallarında, həm də onlayn şəkildə ödəmək mümkündür. Bunun üçün ziyarətçilər avtomobillərini tərk etmədən mobil cihazları vasitəsilə “Tezödə” və “AzParking” platformalarından istifadə edə bilərlər.

Həmçinin parklanma üçün ödənişi hava limanında yerləşən ödəniş terminallarında nağd və nağdsız (bank kartları ilə) həyata keçirmək mümkündür. Hava limanına giriş/çıxışda plastik kartlardan istifadə ləğv edilib və əvəzində nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının avtomatik tanınması sistemi tətbiq edilib. Bu isə prosesi rahat və sürətli edərək sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır.

Bununla yanaşı, ərazidən ziyarətçilərin daha səmərəli istifadə etməsi üçün aeroportun inkişaf strategiyası çərçivəsində perspektivdə parklanma zonasının genişləndirilməsi və əlavə yerlərin tikintisi nəzərdə tutulub.

İstifadəçilərinin əksəriyyəti nəqliyyat vasitələrini qısamüddətli – 2 saata qədər park edənlər təşkil edir. Bunu və hazırda dayanacaq yerlərinin məhdudluğunu nəzərə alaraq Bakı hava limanı prioritet olan qısamüddətli istifadəçilər üçün daha çox parklanma yerlərinin təmin olunmasına çalışır. Buna əsasən yalnız uzunmüddətli park edilmiş nəqliyyat vasitələri üçün bu gündən tariflərə dəyişikliklər edilir, lakin qısamüddətli istifadəçilər üçün tariflər dəyişməz olaraq qalır.

Yeni sistemin tətbiqi ilə bağlı suallar yarandığı təqdirdə ilkin mərhələdə məsul əməkdaşlar ərazidə ziyarətçilərə lazımi dəstək göstərəcək və yaxud https://airport.az/az/transport/parking/ linkinə keçid edərək əlavə məlumat əldə etmək mümkündür.

Xatırladaq ki, ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb edilmir. Sərnişinlərin gediş/gəliş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi zolaqlar - "drop off"/ “pick up” onların ixtiyarındadır.

Paylaş:
394

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər