Bakıda Zəfər Günü ilə bağlı atəşfəşanlığın keçiriləcəyi vaxt və yer bəlli oldu
Sabah Zəfər Günü ilə bağlı Bakı şəhərində atəşfəşanlıq keçiriləcək.
1news.az-ın əldə etdiyi məlumata görə, atəşfəşanlıq saat 21:00-da Bakı Bulvarında saat qülləsinin yaxınlığında həyata keçiriləcək.
Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.
Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin - Zəfər Gününün hər il noyabrın 8-də qeyd edilməsi ilə bağlı qərar verilib, həmin gün qeyri-iş günüdür.
2390