Sabah paytaxtın bu hissəsində hərəkətə məhdudiyyət qoyulacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah paytaxtın bu hissəsində hərəkətə məhdudiyyət qoyulacaq

Qafar Ağayev15:42 - 10 / 11 / 2023
Sabah paytaxtın bu hissəsində hərəkətə məhdudiyyət qoyulacaq

Öncədən məlumat verildiyi kimi, bu gün saat 08:00-dan Bakının Nəsimi rayonunda - Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə, daha dəqiqi "20 Yanvar" dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, sabah saat 17:00-a qədər davam edəcək təmir işləri ilə əlaqədar sözügedən hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

"Sosial şəbəkələrdə də körpünün guya çökməsi ilə bağlı yayılan görüntülər məhz təmir işlərindəndir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər", - deyə açıqlamada qeyd olunub.

Paylaş:
472

Son xəbərlər

Bütün xəbərlər