İstehlaka yararsız 10 tondan çox qida məhsulu məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İstehlaka yararsız 10 tondan çox qida məhsulu məhv edilib

17:51 - 13 / 11 / 2023
İstehlaka yararsız 10 tondan çox qida məhsulu məhv edilib

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş 10,2 ton qida məhsullarını məhv edib.

Bu barədə 1news.az-a AQTA-dan məlumat verilib.

Bildirilib ki, “Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə müraciəti əsasında ümumi çəkisi 10,2 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər