Sahibə Qafarova: “Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Sahibə Qafarova: “Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib”

Qafar Ağayev11:14 - 13 / 11 / 2023
Sahibə Qafarova: “Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib”

Bu gün Milli Məclisdə müzakirəsinə başladığımız büdcə layihəsi ölkənin inkişafında müsbət meylləri əks etdirir.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində spiker Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, gələn il göstəricilərin rekord həddə olması dövlətimizin artan iqtisadi gücüdür: “Büdcənin sosialyönümlü olmasına xüsusi diqqət yetirilib. Dövlət büdcəsinin digər prioritetləri sırasında təhsil, müdafiə potensialının gücləndirilməsi, azad edilmiş ərazilərin bərpnsı diqqət mərkəzində saxlanılacaq. İnamla söyləmək olar ki, gələn il dövlət büdcəsinin həyata keçirilməsi Prezident İlham Əliyevin siyasətinin həyata keçirilməsinə, dövlət proqramlarının reallaşdırılmasına zəmin yaradacaq”.

Paylaş:
274

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər