Daha bir qrup müharibə veteranı üçün kiçik bizneslər yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha bir qrup müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

Qafar Ağayev17:44 - 14 / 11 / 2023
Daha bir qrup müharibə veteranı üçün kiçik bizneslər yaradılıb

Bakı və bölgələrdə daha bir qrup müharibə veteranı, o cümlədən Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxs seçdikləri fəaliyyət istiqamətləri (avtotəmizləmə və avtoçilingər) üzrə lazımi avadanılıqlarla təmin edilməklə onlar üçün kiçik bizneslər qurulub.

Bu barədə 1news.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) məlumat verilib.

Bildirilib ki, ƏƏSMN tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibə veteranları üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərin yaradılması işləri davam edir.

Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 20,3 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 10,3 min şəxs özünüməşğulluq proqramına cəlb edilməklə onlar üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb.

Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar.

Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.

Paylaş:
220

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər