Məktəblərdə payız tətili başlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Məktəblərdə payız tətili başlanır

17:19 - 15 / 11 / 2023
Məktəblərdə payız tətili başlanır

Noyabrın 16-dan ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlanır.

Elm və Təhsil Nazirliyindən 1news.az-a bildirilib ki, tətil noyabrın 20-dək davam edəcək.

Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Xatırladaq ki, payız tətili “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2020-ci il 24 fevral tarixli 66 nömrəli Qərarının tələblərinə uyğun olaraq müəyyən edilib.

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər