Nazir: “Peyk məlumat mübadiləsi sistemi ilə informasiya mübadiləsi aparılır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Peyk məlumat mübadiləsi sistemi ilə informasiya mübadiləsi aparılır”

Ayşən İsmayılova10:51 - 15 / 11 / 2023
Nazir: “Peyk məlumat mübadiləsi sistemi ilə informasiya mübadiləsi aparılır”

“Hidrometeoroloji xidmətin müasir standartlar səviyyəsinə çatdırılması üçün beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi xüsusi diqqət yetirilir”.

1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türk Dünyasının II Meteorologiya Forumunda çıxışı zamanı deyib.

"Azərbaycanda proqnozların keyfiyyətinin artırılması məqsədi ilə 20 ildən artıqdır ki, «TURKMETCAP» proqramı tətbiq edilir. Peyk məlumat mübadiləsi sistemi ilə informasiya mübadiləsi aparılır.

“MDB-nin hidrometeorologiya üzrə dövlətlərarası şurası” və “Xəzər dənizinin hidrometeorologiyası” üzrə Xəzəryanı ölkələrin Koordinasiya Komitəsi çərçivəsində Qazaxıstan Respublikası və Türkmənistanla əməkdaşlıq davam etdirilir.
Belə ki, 2021-ci ildə “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meteorologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun tətbiqinə dair İkiillik İş Proqramı imzalanmışdır.
İş proqramı çərçivəsində hər iki tərəfin aidiyyəti qurumları arasında təşkil olunan onlayn iclaslar çərçivəsində iqlim dəyişmələri, meteorologiya, iqlim xidmətlərində Keyfiyyət İdarəetmə Sistemi sahəsində birgə fəaliyyət göstərilməsi üzrə təcrübə mübadilələri aparılmışdır.

Paylaş:
298

Son xəbərlər

Azərbaycanda 7 ayda uyğunluğu qiymətləndirən 32 qurum akkreditasiya edilib18 / 09 / 2024, 17:49Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib18 / 09 / 2024, 17:43Növbəti “KOB FEST” sərgi-satış yarmarkası Naxçıvanda keçiriləcək18 / 09 / 2024, 17:42QDF-lə TƏBİB arasında əməkdaşlığın inkişafı müzakirə olunub - FOTO18 / 09 / 2024, 17:37“ADEX” sərgisi 5 illik yubileyini qeyd edir - FOTO18 / 09 / 2024, 17:29Şəmkir sakini ağacdan yıxılaraq ölüb18 / 09 / 2024, 17:10Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır18 / 09 / 2024, 17:03Bakıda daha bir yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq18 / 09 / 2024, 16:26Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisinin müavini ilə görüşüb18 / 09 / 2024, 16:23Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib - FOTO18 / 09 / 2024, 16:05Doğum günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub18 / 09 / 2024, 15:50Qrip əleyhinə peyvəndlə bağlı valideynlərə çağırış edilib18 / 09 / 2024, 15:43Allahşükür Paşazadə sabah Rusiyaya gedəcək18 / 09 / 2024, 15:09Hikmət Hacıyev: İşğal dövründə Azərbaycanın bir çox mədəni və dini abidələri dağıdılıb18 / 09 / 2024, 14:57Bal yarmarkasında satışa ən çox cökə balı çıxarılıb18 / 09 / 2024, 14:53Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi18 / 09 / 2024, 14:24Kütləvi davada tələbə 5 xəncər zərbəsi alıb18 / 09 / 2024, 14:07“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin qalibi seçilib18 / 09 / 2024, 13:37Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib18 / 09 / 2024, 13:16Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşib - Baş nazir qərar imzaladı18 / 09 / 2024, 13:12
Bütün xəbərlər