Zəngilanda TDT-nin nəqliyyat nazirlərinin iclası keçirilir
Bu gün Zəngilan şəhərində keçirilən “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) nəqliyyat nazirlərinin 7-ci iclası keçirilir.
1news.az "Report"a istinad xəbər verir ki, iclasda türk dövlətlərinin nazirləri ilə yanaşı nazir müavinləri də iştirak edirlər.
Tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev TDT-nin üzv ölkələr arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətinə toxunub. O qeyd edib ki, son illər türk dövlətləri arasında əlaqələr daha da inkişaf edib, ölkələr arasında tranzit keçidlər artıb.
R.Nəbiyev vurğulayıb ki, Orta Dəhlizə maraq getdikcə artır və Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm hissəsi olacaq: "Bunun üçün imkanlar mövcuddur".