Son 20 ildə xarici təhsil sənədi tanınan şəxslərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Son 20 ildə xarici təhsil sənədi tanınan şəxslərin sayı açıqlanıb

Qafar Ağayev15:02 - 17 / 11 / 2023
Son 20 ildə xarici təhsil sənədi tanınan şəxslərin sayı açıqlanıb

"2003-cü ildən bu günə kimi 32 mindən çox şəxsin xarici təhsil sənədi tanınıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ötən il 3530 nəfərin xarici sənədinin ekspertizası həyata keçirilib:

"Cari ilin 15 noyabrına qədər 6144 ərizəçinin sənədinin ekspertizası aparılıb. Bu, keçən illə müqayisədə 74 faiz çoxdur. Ərizələrə baxılma müddəti 3 aydan 10 iş gününə endirilib".

Paylaş:
387

Son xəbərlər

Bütün xəbərlər