Şabranda 29 yaşlı kişini avtomobil vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda 29 yaşlı kişini avtomobil vuraraq öldürüb

14:24 - 20 / 11 / 2023
Şabranda 29 yaşlı kişini avtomobil vuraraq öldürüb

Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, noyabrın 19-u saat 00:10 radələrində Bakı- Quba-Dağıstan sərhədi yolunun 107-ci kilometrliyində Siyəzən rayon sakini Xanbaba İbrahimov idarə etdiyi "KİA" markalı avtomobil ilə eyni istiqamətdə sağdan sola yolu keçən piyada - 1994-cü il təvəllüdlü Xaçmaz şəhər sakini Hüseynağa Qəribovu vurub. H.Qəribov hadisə yerində ölüb.

X.İbrahimov hadisə yerindən yayınıb, daha sonra isə özü Siyəzən RPŞ-ə gedərək hadisə barədə məlumat verib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
403

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər