İlham Əliyev: “İraq Prezidentinin Azərbaycana ilk səfəri ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir” | 1news.az | Xəbərlər
Cəmiyyət

İlham Əliyev: “İraq Prezidentinin Azərbaycana ilk səfəri ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir”

Qafar Ağayev16:41 - 20 / 11 / 2023
İlham Əliyev: “İraq Prezidentinin Azərbaycana ilk səfəri ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir”

"İraq Prezidentinin Azərbaycana ilk səfəri ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir".

1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də İraq Prezidenti Əbdüllətif Camal Rəşid ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

"Cənab Prezident, hörmətli qonaqlar, bir daha Azərbaycana xoş gəlmisiniz.

Biz artıq cənab Prezidentlə əməkdaşlığımız, regionlarımızda siyasi proseslərlə bağlı müxtəlif məsələlərə dair çox yaxşı müzakirə apardıq. İndi isə biz nümayəndə heyətlərinin iştirakı ilə vacib məsələlərin müzakirəsini davam etdirəcəyik. Gələn ay bizim nümayəndə heyəti birgə iqtisadi komissiyada iştirak etmək üçün İraqa səfər edəcək. Biz artıq ticarət, iqtisadi və enerji gündəliyimizlə bağlı məsələləri qismən müzakirə etdik.

Beləliklə, ilk növbədə, biz cənab Prezidenti Azərbaycana rəsmi səfərdə qəbul etməkdən çox şadıq. Bu, ikitərəfli əlaqələrimizin tarixində çox əlamətdar hadisədir. Bu, Azərbaycan müstəqil ölkə olandan bəri İraq Prezidentinin Azərbaycana ilk rəsmi səfəridir. Əminəm ki, səfər çox yaxşı nəticələr verəcək. Beləliklə, indi biz iqtisadi-ticari əməkdaşlıqla bağlı mühüm məsələlərin müzakirəsini davam etdirəcəyik. Əminəm ki, bu, həmçinin gələn ay Bağdadda keçiriləcək görüşün yaxşı nəticələrinə müsbət töhfə olacaq. Cənab Prezident, bir daha xoş gəlmisiniz".

Paylaş:
337

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər