Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edəcək

15:44 - 21 / 11 / 2023
Kəmaləddin Heydərov Quba şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 24 noyabr 2023-cü il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 10.00-dan Quba və Qusar rayonları sakinlərinin qəbulu keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı 23 noyabr 2023-cü il tarixində Quba şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Paylaş:
516

Son xəbərlər

Bütün xəbərlər