İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri ilə görüş keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri ilə görüş keçirilib - FOTO

11:36 - 21 / 11 / 2023
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri ilə görüş keçirilib - FOTO

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri Endrü Auerbax Tomas Balko və Sara Şirmur ilə görüşdə vergiyə dair konvensiya imzalanıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.

1news.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri Endrü Auerbax, Tomas Balko və Sara Şirmur ilə görüşüb.

Görüşdə İƏİT ilə ölkəmiz arasında uğurlu əməkdaşlıq qeyd olunub, Azərbaycanın İƏİT çərçivəsində bügunədək qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi səviyyəsinin yüksək qiymətləndirildiyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsinin İnklüziv Çərçivəsinə üzv qismində qoşulmasının önəmi və bu platformada əldə edəcəyi faydalar və perspektiv fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb. Azərbaycan Respublikasının vergi qanunvericiliyinin və inzibatçılığının BEPS-in 15 fəaliyyətlərdən və həmçinin Pillar 1 və Pillar 2 (GloBE rules) layihələrdən irəli gələn beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin etmək, iqtisadiyyatın rəqəmsallaşmasından irəli gələn vergi məsələlərini həll etmək üçün İƏİT tərəfindən mümkün texniki yardımlar barədə dəyərləndirmələr aparılıb.

Görüşün nəticəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya” (MLI) imzalanıb. Bununla da, Azərbaycan 100-dən çox ölkənin qoşulduğu Konvensiyaya tərəfdar çıxmaqla, qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə töhfə vermək niyyətini nümayiş etdirib.

Paylaş:
96

Son xəbərlər

Türkmənistana işgüzar səfər çərçivəsində görüşlər keçirilib - FOTO28 / 11 / 2023, 19:28DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək28 / 11 / 2023, 17:56Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb28 / 11 / 2023, 17:50“Kanal 13”ün rəhbəri barəsində həbs qətimkan tədbiri seçilib28 / 11 / 2023, 17:43İcma: Ermənistan Azərbaycanın 8 kəndini işğal altında saxlamasını ört-basdır etməyə çalışır28 / 11 / 2023, 17:21İnarə Vəliyeva İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə sədr təyin edilib28 / 11 / 2023, 17:17Bakıda ticarət mərkəzində yanğın olub28 / 11 / 2023, 17:11Sabah üç rayonda qaz olmayacaq28 / 11 / 2023, 16:56Agentlik dönərxanalarda reyd keçirdi, nöqsanlar aşkarlandı - SİYAHI28 / 11 / 2023, 16:26”ASUS Zenbook”: Yüksək texnologiyalar dünyasında zərifliyin və gücün harmoniyası - FOTO28 / 11 / 2023, 16:18Aşqabadda Türkmənistan - Azərbaycan biznes forumu keçirilib - FOTO28 / 11 / 2023, 16:15Azərbaycanda bu il 284 nəfər qızılcaya yoluxub28 / 11 / 2023, 15:49Bu il martın 1-dən Azərbaycanda tanınan xarici diplomların sayı açıqlandı28 / 11 / 2023, 15:27Bu il akkreditasiyadan keçən universitetlərin sayı açıqlanıb28 / 11 / 2023, 15:09Azərbaycan XİN Albaniyanı təbrik edib28 / 11 / 2023, 15:04ABŞ, Almaniya və Fransa diplomatları “AbzasMedia” ilə əlaqədar XİN-ə çağırılıb28 / 11 / 2023, 14:30Mikayıl Cabbarov Türkmənistan prezidenti ilə görüşüb - FOTO28 / 11 / 2023, 14:29Azərbaycanda hərbçilərin xidmət etdikləri son yaş həddi dəyişir28 / 11 / 2023, 13:59Ceyhun Kərəmov: “Peşə təhsili müəssisələrinin akkreditasiyasına başlanılacaq”28 / 11 / 2023, 13:42Maştağada avtomobildən 7000 manat oğurlanıb28 / 11 / 2023, 13:37
Bütün xəbərlər

Next TV