Sumqayıt-Bakı qatarlarının səhər reysləri gecikib | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıt-Bakı qatarlarının səhər reysləri gecikib

Qafar Ağayev11:35 - 22 / 11 / 2023
Sumqayıt-Bakı qatarlarının səhər reysləri gecikib

Abşeron dairəvi dəmir yolu xətti üzrə qatarların səhər reyslərində cüzi yubanmalar baş verib.

1news.az-a xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, rabitə və işarəvermə sisteminə edilmiş kənar müdaxilələr nəticəsində Sumqayıt-Pirşağı-Bakı xəttində işıqforların daimi olaraq qırmızı yanması nəticəsində qatarların hərəkət qrafikində gecikmələr qeydə alınıb.

Texniki nasazlıq qısa müddət ərzində aradan qaldırılıb və hazırda qatarlar mövcud qrafikə uyğun hərəkətlərini davam etdirir.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər