Bərdədə baş verən hadisə ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə baş verən hadisə ilə bağlı araşdırma aparılır

Qafar Ağayev15:08 - 23 / 11 / 2023
Bərdədə baş verən hadisə ilə bağlı araşdırma aparılır

Prokurorluq Bərdədə evin döşəməsinin çökməsi faktını araşdırır.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, faktla bağlı araşdırma gedir, əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə bu gün rayonun Yeni Daşkənd kəndində qeydə alınıb. Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb, 23 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri ölüb.

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər