1news.az yazdı, Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrindəki svetoforlarda olan problem aradan qaldırıldı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

1news.az yazdı, Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrindəki svetoforlarda olan problem aradan qaldırıldı - FOTO

Qafar Ağayev10:27 - 23 / 11 / 2023
1news.az yazdı, Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrindəki svetoforlarda olan problem aradan qaldırıldı - FOTO

Ötən gün 1news.az-da Yasamal rayonunun Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrində olan svetoforların işləmədiyi ilə bağlı yazı dərc olunmuşdu.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən saytımıza bildirilmişdi ki, qurumun əməkdaşları sözügedən ərazidə araşdırma aparıblar.

“Məlum olub ki, işıqforların işləməməsi texniki xəta ilə bağlıdır. Bu gün problem aradan qaldırılacaq və yol kəsişməsində işıqforlar işlək vəziyyətdə olacaq” - deyə, sorğuya cavabda qeyd olunmuşdu.
1news.az-ın əməkdaşları bu gün səhər saatlarında yenidən qeyd olunan ərazidə olublar, svetoforlar artıq işləyir.

Paylaş:
566

Son xəbərlər

Bütün xəbərlər