Qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanıldı - VİDEO

Qafar Ağayev13:49 - 24 / 11 / 2023
Qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanıldı - VİDEO

Bakı-Sumqayıt yolunda "Opel" markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş müraciət əsasında Baş DYP İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılıb

DYP-dən 1news.az-a verilən məlumata görə, araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin "Ravon" markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədinin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilmişdir.

Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.

Bir daha bütün sürücülərdən bu kimi hallara yol verməmələrini tələb edir, yol nəqliyyat hadisəsi zamanı qanuna uyğun hərəkət etmələrini xahiş edirik.

Paylaş:
490

Son xəbərlər

Bütün xəbərlər