Sitalçay–Tağıyev çeşidləmə mənzilində teplovozla avtomobil toqquşub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Sitalçay–Tağıyev çeşidləmə mənzilində teplovozla avtomobil toqquşub - FOTO

14:28 - 24 / 11 / 2023
Sitalçay–Tağıyev çeşidləmə mənzilində teplovozla avtomobil toqquşub - FOTO

Bu gün saat 13:20 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-ə (ADY) məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-MR-785 olan “Mercedes” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib.

ADY-dan 1news.az-a verilən məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.

ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.

“Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar”, - məlumatda qeyd olunur.

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər