TƏBİB rəsmisindən Hepatit A virusuna qarşı vaksinasiya ilə bağlı çağırış: “Təhlükəsizdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB rəsmisindən Hepatit A virusuna qarşı vaksinasiya ilə bağlı çağırış: “Təhlükəsizdir”

Qafar Ağayev14:59 - 24 / 11 / 2023
TƏBİB rəsmisindən Hepatit A virusuna qarşı vaksinasiya ilə bağlı çağırış: “Təhlükəsizdir”

“Hepatit A virusuna qarşı vaksin uzun illərdir istifadə edilən vaksin var”.

1news.az xəbər verir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva "TƏBİB məsləhəti"ndə deyib.

“Bu vaksin 2 dəfə vurulur və təhlükəsizdir. İlk dozadan 6 və ya 12 ay sonra ikinci doza vurulur. Azərbaycanda Hepatit A virusunun vaksini 1 və 6 yaşadək uşaqların cədvəlində deyil. Yəni mütləq deyil, ehtiyac olsa, bu zaman vaksindən istifadə edə bilər. Hepatit A xəstəsi ilə təmasda olan şəxsə ən azı iki həftəlik müddətdə vaksin vurulmalıdır".

Paylaş:
444

Son xəbərlər

Bütün xəbərlər