Konya zəngin mağaraları ilə turizm potensialını artırmaq istəyir | 1news.az | Xəbərlər
Mədəniyyət

Konya zəngin mağaraları ilə turizm potensialını artırmaq istəyir

Qafar Ağayev15:24 - 24 / 11 / 2023
Konya zəngin mağaraları ilə turizm potensialını artırmaq istəyir

Mədəniyyət və turizmi ilə dünyanın müxtəlif yerlərindən gələn turistləri qəbul edən Konya möhtəşəm mağaraları ilə də zəvvarların diqqətini çəkir.

1news.az xəbər verir ki, Konya-Antalya marşrutu üzərində yerləşən və 1968-ci ildə fransız alimi tərəfindən kəşf edilən 22 kilometr uzunluğundakı Tınaztepe mağarası "təbiət möcüzəsi" olaraq adlandırılır.

Mağaranın sahəsi 1580 metr, döşəmə ilə tavan arasındakı hündürlük bəzi yerlərdə 65 metrə çatır. Mağaranın içərisindəki qalereyalar ziyarətçilərə “vizual ziyafət” təqdim edir.

Mağaranı idarə edən şirkətin baş direktoru Bayram Çelmeli 2004-cü ildən etibarən fəaliyyət göstərdiklərini bildirib.

Mağaranı öz imkanları ilə təchiz etdiklərini bildirən Çelmeli, "Mağaramızın sabit uzunluğu 22 kilometrdir, lakin gəzilə bilən, yəni təchiz olunmuş hissəsi 1580 metrdir. Mağara 1968-ci ildə Fransız alimi Mixail Bakaloviç tərəfindən kəşf edilib və o dövrün alətlərindən istifadə edilməklə rəsmlər çəkilmişdir. Onu digər mağaralardan fərqləndirən cəhəti içərisində daha bir mağara olmasıdır. Xüsusilə yaz aylarında yağış və qar yağıntılarından aşağıya doğru axan su bir mağara yaradır. Zamanla burada stalaktitlər və stalaqmitlərin əmələ gəlməsinə yol açır.”

Hər il minlərlə yerli və xarici zəvvar qəbul edən mağaranın yaşı ilə bağlı məlumat verən Çelmeli qeyd edib: "Mağaranın yaşı 230 milyon il olaraq təyin olunub. Stalaktitlər və stalaqmitlərin hər santimetrinin əmələ gəlməsi üçün 100 il lazımdır. Bu yolla mağaranın yaşını təxmin edə bilərik."

Çamlık mağaraları

Konyanın Derebucak sərhədləri daxilində yerləşən və 2022-ci ildə milli park elan edilən Çamlık Mağaralarının turizm mərkəzinə çevrilməsi üçün işıqlandırma və avadanlıq işləri tamamlanıb. Mağaranın yerləşdiyi ərazidə torpağın sıldırım olması vəhşi heyvanlar üçün əlverişli yaşayış mühiti yaradır. Gzinti zamanı bölgədə qorunan çöl keçilərinə də rast gəlmək mümkündür.

Beyşehir Mədəniyyət və Turizm Dərnəyi Başçısı Mustafa Büyükkafalı ətrafda müxtəlif ölçülü 20-yə yaxın mağara olduğunu bildirib

Balatini Mağarasının "Çamlık Mağaraları" adlandırılan mağaraların ən böyüyü olduğunu qeyd edən Büyükkafalı: "Mağaranın xüsusiyyəti ondan ibarətdir ki, 1 kilometrdən sonra inanılmaz gözəl mənzərə ilə qarşılaşacaqsınız. Digər mağaralara nisbətən fərqli formasiyalar görmək mümkündür. İrəlilədikcə inanılmaz gözəllikdə stalaktitlər və stalaqmitlər görəcəksiniz. Bundan əlavə, mağara su ilə doludur, dərhal "cadu qazanı" deyilən suya düşəcəksiniz. Buradan mümkün qədər tez çıxmalısınız və bunun üçün xüsusi avadanlıqlara ehtiyac var. Hazırda bu ərazi turizm məqsədləri üçün istifadə olunur”.

Suluin Mağarası eyni bölgədə, Çamlıkdan 500 metr cənub-qərbdə yerləşir.

Təxminən 25 metr uzunluğunda olan mağaranın girişi su ilə dolu olduğu üçün yanlız qayıqla gəzinti mümkündür. Nəhəng daş bloklar arasında şəlalələr əmələ gətirən su mağaranın 150 metr daxilində böyük bir gölə birləşir. Bu dərin göldə qayıqla gəzmək böyük bir həzzdir.

Paylaş:
698

Son xəbərlər

Ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən daha 1 nəfər saxlanılıb03 / 10 / 2024, 17:50Sergey Narışkin Bakıda səfərdədir03 / 10 / 2024, 17:44PAŞA Holding-in sponsorluğu ilə növbəti Bakı Beynəlxalq Piano Festivalı keçirilib - FOTO03 / 10 / 2024, 17:40Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib - FOTO03 / 10 / 2024, 17:36Milli Məclisin Gənclər və idman komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib03 / 10 / 2024, 17:10Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə CAVAB03 / 10 / 2024, 17:01Azərbaycanlı professor 8 milyon avro mükafat qazanıb03 / 10 / 2024, 16:58Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir03 / 10 / 2024, 16:48İlham Əliyev Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olub - YENİLƏNİB03 / 10 / 2024, 16:40Konstitusiya Məhkəməsində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib03 / 10 / 2024, 16:35Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib03 / 10 / 2024, 16:21Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var - XƏBƏRDARLIQ03 / 10 / 2024, 16:11Buraxılış imtahanında yeni model tətbiq ediləcək03 / 10 / 2024, 15:59Bakı metrosunda qatar yoluna düşən kişi ölüb03 / 10 / 2024, 15:47Azərbaycanda səfərdə olan Macarıstan hərbçiləri Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissəsində olublar - VİDEO03 / 10 / 2024, 15:35Zəngilan şəhərində beşinci və altıncı yaşayış komplekslərinin təməlləri qoyulub03 / 10 / 2024, 15:11Bakıda 5 marşrut xəttinin hərəkət sxemində dəyişiklik olacaq03 / 10 / 2024, 15:00Prezident Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib03 / 10 / 2024, 14:57İcma: Litva qoy gedib müxtəlif xalqların harmoniya içində yaşamasını Azərbaycandan öyrənsin03 / 10 / 2024, 14:44Cəbrayıl rayonunda “Karabakh Stone” MMC-nin zavodunun təməli qoyulub03 / 10 / 2024, 14:41
Bütün xəbərlər