Xırdalanda ata və oğul bıçaqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda ata və oğul bıçaqlanıb

10:12 - 24 / 11 / 2023
Xırdalanda ata və oğul bıçaqlanıb

Xırdalan şəhərində ata və oğul bıçaqlanıb, saxlanılan var.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, noyabrın 23-də gecə saatlarında Xırdalan şəhərində ata və oğluna kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Ramal Zamanov saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
276

Son xəbərlər

Bütün xəbərlər