Vətən müharibəsində yaralanmış və əlillik verilmiş şəxslərin 43%-i psixi pozuntularla bağlı olub - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən müharibəsində yaralanmış və əlillik verilmiş şəxslərin 43%-i psixi pozuntularla bağlı olub - RƏSMİ

Qafar Ağayev17:48 - 27 / 11 / 2023
Vətən müharibəsində yaralanmış və əlillik verilmiş şəxslərin 43%-i psixi pozuntularla bağlı olub - RƏSMİ

Bu gün müharibə ilə bağlı 6300 şəhadətləndirilmiş vətəndaş olub. Şəhadətlənmə əlillik üçün yox, yüngül yaraya da verilir ki, ona birdəfəlik sosial sığorta ödənişi verilsin. Onlardan 4021 nəfərə əlillik təyin edilib. Meyarlar keçən il yumşaldıqdan sonra 1700-ə yaxın insanı əlavə olaraq əhatə etdik.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

"Psixi xəstəliklərlə əlaqəli əlillik təyinatına gəlincə, 4021 nəfərin 43%-nə məhz kəllə-beyin travması və bunun nəticəsində yaranan psixi pozuntularla əlaqəli vermişik. Səhiyyə Nazirliyinin psixiatrları dəvət olunmuşdu və qazilər qəbul edildi. Ümumi əlillik təyinatının 43%-i məhz psixi pozuntularla bağlı olub. Psixi xəstəliklər üzrə əlavə 32 əlavə ağırlaşma dərəcəsi də müəyyən etmişdik. Bunun heç birinə uyğun gəlməyən insana, təbii ki, qanunvericiliyə zidd olaraq əlillik təyin edilə bilməz”, - deyə nazir bildirib.

Paylaş:
244

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər