Zəngilanda top mərmiləri tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Zəngilanda top mərmiləri tapılıb

09:22 - 29 / 11 / 2023
Zəngilanda top mərmiləri tapılıb

Zəngilan rayonunda top mərmiləri aşkar edilib.

Bu barədə 1news.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Sarıqışlaq kəndi ərazisində 3 müxtəlif çaplı top mərmisi və 3 barıt atımı aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər