Paytaxt məktəblərində monitorinqlər aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxt məktəblərində monitorinqlər aparılır

Qafar Ağayev11:49 - 29 / 11 / 2023
Paytaxt məktəblərində monitorinqlər aparılır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təşkili və idarə olunması ilə bağlı operativ monitorinqlər keçirilir.

1news.az xəbər verir ki, monitorinqlərin təşkil olunmasının əsas məqsədi seçmə üsulla müəyyənləşdirilmiş məktəblərdə təhsil mühitinin öyrənilməsindən ibarətdir. Təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, inzibati heyətin fəaliyyəti, metodiki işin təşkili monitorinq zamanı müşahidə olunan əsas istiqamətlərdəndir. Proses zamanı müvafiq istiqamətlərə aid olan 35 meyar 4 səviyyə üzrə qiymətləndirilir.

Monitorinqlərin nəzərdə tutulan əhatə dairəsinin təmin olunması üçün BŞTİ tərəfindən 6 komissiya yaradılıb.

Monitorinqlərin yekununda ümumi təhsil müəssisələrində təlimatların tələblərinin icrası, şəxsi nümunə və sosial məsuliyyət, məktəb sənədləri ilə iş, fənn müəllimlərinin təlim prosesinə hazırlıqlı qoşulması, dərs prosesində şagirdlərin aktivliyinin artırılması, şagird nailiyyətlərinin və davranışlarının obyektiv qiymətləndirilməsi ilə bağlı müvafiq təklif və tövsiyələr verilir.

Qeyd edək ki, monitorinqlərin sistemli və ardıcıl şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Paylaş:
307

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər