İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib | 1news.az | Xəbərlər
Cəmiyyət

İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

Qafar Ağayev13:03 - 01 / 12 / 2023
İRİA KOB-ların rəqəmsallaşması layihəsi üzrə işlərə start verib

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nı əsas tutaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi cari ildən KOB-ların (Kiçik və Orta Bizneslərin) rəqəmsallaşması layihəsi üzrə işlərin görülməsinə start verib.

1news.az xəbər verir ki, əsas məqsəd KOB-ların innovativ həll yolları ilə effektivliyinin və iqtisadi göstəricilərinin artırılması, biznes və sahibkarlıq proseslərin optimallığının təmin olunmasıdır. Bir neçə istiqamət üzrə fəaliyyətə başlayan layihə çərçivəsində Rəqəmsal Yetkinlik İndeksi (DMI – Digital Maturity Index) platforması yaxın zamanlarda KOB-ların istifadəsinə veriləcək.

Bu platformanın məqsədi KOB-lara rəqəmsal yetkinliyin qiymətləndirilməsi və artırılması üçün imkan yaratmaq və onları daha effektiv biznes mühiti ilə təmin etməkdir.

Bundan əlavə gənc sahibkarları əhatə edəcək paralel bir neçə rəqəmsallaşma layihələrinə hazırlıq proseslərinə artıq başlanılıb. Məqsəd daha dinamik sahibkarlıq ekosistemi qurmaq və rəqəmsallaşmanın əhəmiyyəti ilə bağlı digər KOB-ların da məlumatlılığını artırmaqdır.

Eyni zamanda layihə çərçivəsində ilboyu rəqəmsallaşma biliklərinin artırılması və yeni rəqəmsallaşma həllərin təşviqi üçün müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

Paylaş:
251

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər