Ötən ay axtarışda olan 387 nəfər sərhəddə saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay axtarışda olan 387 nəfər sərhəddə saxlanılıb

14:04 - 04 / 12 / 2023
Ötən ay axtarışda olan 387 nəfər sərhəddə saxlanılıb

Noyabr ayında cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 387 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Bu barədə 1news.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib.

Məlumata görə, ölkədən çıxışı qadağan olunan 408 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 24 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb.

Paylaş:
390

Son xəbərlər

Bütün xəbərlər