Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır

15:16 - 05 / 12 / 2023
Baş Prokurorluq: Ağdamda baş verən mina hadisəsi ilə bağlı araşdırma aparılır

Ağdam rayonu ərazisində şəxsin mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a məlumat verilib.

Qeyd edək ki, dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alıb.

Paylaş:
308

Son xəbərlər

Bütün xəbərlər