Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib

17:35 - 05 / 12 / 2023
Qərbi Azərbaycan İcması Aİ-nin ali nümayəndəsinə cavab verib

Qərbi Azərbaycan İcması Avropa İttifaqının ali nümayəndəsi Jozep Borelin yenidən yalan danışması, Azərbaycana böhtan atması ilə bağlı dərin hiddətini ifadə edir.

1news.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, J.Borel guya “hərbi müdaxilə”, “güc tətbiq edilməsi” nəticəsində “150 min erməninin Qarabağdan qaçmağa məcbur olduğu”nu iddia edib: "Heç ermənilərin özləri 150 min rəqəmini dilə gətirmir və J.Borelin bu rəqəmi haradan götürməsi suallar doğurur. J.Boreldən soruşuruq: Bəs Ermənistan nə qədər Qərbi azərbaycanlını öz dədə-baba yurdundan deportasiya etmişdir?! Aydındır, ikili standartlara, məsələlərə etnik və dini simpatiya əsasında yanaşdığına görə J.Borel heç vaxt bu barədə danışmayacaq".

İcmanın bəyanatında vurğulanıb ki, J.Borel və Avropa İttifaqı rəsmiləri Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərini işğal etməsini, etnik təmizləmə həyata keçirməsini, Xocalı soyqırımını törətməsini, şəhər və kəndlərin, mədəni irsin, məscidlərin dağıdılmasını, mina terrorunu heç vaxt pisləməyiblər:

"J.Borel və Avropa İttifaqı 21-ci əsrdə bir ölkənin paytaxtında-İrəvanda minlərlə insanın “Türksüz Ermənistan” şüarı adı altında aksiya keçirməsini də pisləməmişlər. 2023-cü il sentyabrın 21-da BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı hədyanlar söyləyən J.Borel niyə öz çıxışında elə həmin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan tərəfindən düz 27 il qulaqardına vurulmasına toxunmayıb.

“Münaqişə həll edilməmişdir” deyən J.Borelə xatırladırıq ki, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Qarabağ münaqişəsini həll etmişdir və J.Borelin və ya hansısa Avropa İttifaqı rəsmisinin fərqli mövqeyi heç nəyi dəyişdirmir.
J.Borellə Avropa Parlamenti arasında artıq heç bir fərq hiss olunmur. Bu mənada, açıq qalan sual belədir: J.Borel və Avropa Xarici Siyasət Xidməti Avropa Parlamentinə təlimat verir ya əksinə?

J.Borelin bu açıqlamasını qətiyyətlə rədd edirik. J.Borel Azərbaycanın daxili işlərinə müdaxilədən, onun suverenliyini təhdid etməkdən, separatizmə, revanşizmə dəstəkdən əl çəkməlidir. Separatizmi müdafiə etmək belə yaxşıdırsa, o, öz ölkəsində separatizmə dəstək verə bilər. J. Borel öz açıqlamaları ilə bir daha göstərir ki, regiondan kənar qüvvələrin Cənubi Qafqazda yeri yoxdur və Cənubi Qafqaz geosiyasi rəqabət məkanı olmamalıdır.

J.Borel və onun kimilərinin sayəsində Avropa İttifaqının Azərbaycan cəmiyyətində nüfuzu lap aşağı düşüb. Yaranmış vəziyyətdə, Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində dürüst vasitəçi ola biləcəyi yəqin ki mümkünsüzdür".

Paylaş:
169

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər