Qubada narkotik satışı ilə məşğul olan bacı-qardaş saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qubada narkotik satışı ilə məşğul olan bacı-qardaş saxlanılıb

Qafar Ağayev09:22 - 05 / 12 / 2023
Qubada narkotik satışı ilə məşğul olan bacı-qardaş saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən ümumilikdə 4 nəfər saxlanılıb.

Onlar Bakı şəhər sakinləri Orxan Əsədullayev, Əsmər Əsədullayeva, Sadiq Rəhimov və Nailə Qurbanovadır.

Həmin şəxslər qrup şəklində Quba rayonuna, - əvvəlcədən planlaşdırılmış yerə gələrək oradan 7 kiloqrama yaxın narkotik vasitəni Bakıya aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılıblar. O.Əsədullayev və S.Rəhimov əvvəlcə hadisə yerindən qaçsalar da daha sonra keçirilən tədbirlər zamanı Bakı şəhərində saxlanılaraq Qubaya gətiriliblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Orxan Əsədullayevin, Əsmər Əsədullayevanın və Sadiq Rəhimovun barələrində həbs qətimkan tədbiri, Nailə Qurbanovanın barəsində isə digər qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Paylaş:
146

Son xəbərlər

Piyada diqqətsizliyi dəmir yolunda ağır qəzaya səbəb olduBu gün, 15:53Xaqani bağının ətrafında nəqliyyatın hərəkəti məhdudlaşdırılıbBu gün, 15:29Azərbaycanda din xadimlərinin ilk dəfə attestasiyasına başlanılıbBu gün, 15:28Qvatemala Prezidenti Azərbaycan dövlət başçısını təbrik edibBu gün, 15:19Azərbaycan və Türkiyə arasında qarşılıqlı investisiya qoyuluşu imkanları müzakirə edilibBu gün, 15:06Azərbaycan Prezidenti Pakistanın Baş nazirini təbrik edibBu gün, 14:53Piyadanı vurub hadisə yerindən qaçdı, axtarışlar davam edirBu gün, 14:44AMB Dubay Beynəlxalq Maliyyə Mərkəzi ilə maliyyə xidmətləri sahəsindəki yenilikləri müzakirə edibBu gün, 14:36NİİM Bakı yollarında sıxlığın yaranma saatları və səbəblərini açıqladıBu gün, 14:09Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilibBu gün, 13:55“2020-ci ildə müharibədən sonra Azərbaycanın sülh təşəbbüslərinə Ermənistan müsbət münasibət bildirməyib”Bu gün, 13:44FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi DSX-da təlim keçiribBu gün, 13:43Jelyazkov: Bolqarıstan Qara dənizin dibi ilə çəkiləcək elektrik kabeli layihəsinə qoşulmaq niyyətindədirBu gün, 13:20Qobuda sahibsiz itlərin hücum etdiyi azyaşlının vəziyyəti açıqlanıb - YENİLƏNİBBu gün, 12:58“AŞPA-da Azərbaycana qarşı qərəzli və çirkin kampaniya aparılır” – İlham ƏliyevBu gün, 12:54Prezident Bolqarıstan Xalq Məclisinin sədrini qəbul edib - YENİLƏNİBBu gün, 12:46Sabah 15 dərəcəyədək isti olacaq - ProqnozBu gün, 12:432 il əvvəl itkin düşmüş Abşeron rayon sakini qəsdən öldürülməsi müəyyən edilibBu gün, 12:21Dünya bazarlarında neft daha da bahalaşıbBu gün, 12:12Həvəsdən şəxsi biznesə: tovuzlu Vüsalə Əhmədova qadınların və uşaqların inkişafına necə kömək edir?Bu gün, 12:00
Bütün xəbərlər