HHM bölmələrində döyüş atışları icra olunub - VİDEO
![HHM bölmələrində döyüş atışları icra olunub - VİDEO](/images/2023/12/05/20231205100348440/thumb.jpg?2023-12-05+10%3A05%3A44)
2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.
1news.az xəbər verir ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.
Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.
![](/images/2023/12/05/20231205100348440/d_gallery/9105f09e609917f6ca0c79a0dda63381 (1).jpg)
![](/images/2023/12/05/20231205100348440/d_gallery/dbacc3191b0cc265e148d31b63fd4203.jpg)
203